Bakıda 9-cu Azərbaycan Mikromaliyyə Konfransı keçirilir

posted in: Maliyyə, Xəbər | 0

MikromaliyyəBu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təşkilatçlığı ilə “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” mövzusunda 2 günlük 9-cu Azərbaycan Mikromaliyyə Konfransı işə başlayıb.

Tədbir çərçivəsində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlıqlı mikro-sahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatı nəzərdə tutulub.

Bax: Staja görə əlavə məzuniyyətin verilməsi yalnız bir iş yeri ilə əlaqəlidir?

Konfransda çıxış edən AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, bu il oktyabrın 1-nə qədər Azərbaycandakı mikromaliyyə təşkilatları (bank olmayan kredit təşkilatları və kredit ittifaqları) 178 928 müştəriyə kredit verib. Hazırda onların kredit portfelu 273 mln. ABŞ dolları məbləğindədir.

“Mikromaliyyə təşkilatları ölkə iqtisadiyyatının inkişafında, yoxsulluğun azalmasında xüsusi rol oynayıb, sahibkarların ehtiyacın uyğun kredit məhsulları təklif edərək onlara dəstək olublar. Mikromaliyyə sektorunun dəstəklənməsində qeyri-neft sektorunun inkişafının da rolu böyükdür. Mikromaliyyə kiçik və orta sahibkarlıq üçün kapital mənbəyidir”, – o qeyd edib.

Bax: Mənzil satışı zamanı vergilərin büdcədən kənarda qalmasına nə səbəb olur?

Tədbirdə çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov isə bildirib ki, kredit təşkilatlarının fəaliyyəti yeni qaydada tənzimlənəcək. Onun sözlərinə görə, MBNP-nin əsas hədəfi məsuliyyətli borclanma modelinə keçmək, maliyyə dayanıqlılığını təmin etməkdir.

Qeyd edək ki, konfransda Almaniyadan EFSE/Finance in Motion, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İsveçrə Əməkdaşlıq Ofisi, ABŞ-dan MİX təşkilatı, Çexiyadan Adastra Biznes Konsaltinq, Bosniyadan InfoStudio kimi beynəlxalq investor və xidmət şirkətləri iştirak edir.

Tədbirdə AMFA ənənəvi olaraq üzv təşkilatlarını “İlin üzv təşkilatı-2018” , “İlin peşəkarı-2018”, “Maliyyə sektorunda gender bərabərliliyinin təbliği-2018” nominasiyaları üzrə mükafatlandıracaq. ABŞ-nın MİX təşkilatı isə “Maliyyə Şəffaflığına malik Maliyyə İnstitutları”na xüsusi sertifikatlar təqdim edəcək.

Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?
Konfransda “Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər və Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı? Dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi”, “Tənzimləyici qurumlar Mikromaliyyə Təşkilatlarının Fəaliyyətini necə stimullaşdıra bilər?”, “Bank və Qeyri-Bank Sektorunda məlumat bazasının idarəedilməsində müasir yanaşma”, “Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar”, “Azərbaycanda kənd təsərrüfatının maliyyələşməsi: İmkanlar və Perspektivlər” və “Mikromaliyyə Təşkilatlarının alternativ maliyyələşdirilməsi alətləri”nə həsr edilmiş sessiyalar olacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

4 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

ləğv“Cornvall Marine S.A.” Korporasiyasının Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

“Kerevitaş Qida Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1400967991) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Bax: Mənzil satışı zamanı vergilərin büdcədən kənarda qalmasına nə səbəb olur?

“Locomo Maritime Company” Korporasiyasının Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

“Aygün Alüminyum Sənaye və Ticarət Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1401739881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mənzil satışı zamanı vergilərin büdcədən kənarda qalmasına nə səbəb olur?

posted in: Vergi, Xəbər | 0

MənzilSon illərdə mənzil-tikinti kooperativləri tərəfindən inşa olunmuş yaşayış binalarındakı mənzillərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələrin («kupça») alınmasında müəyyən irəliləyiş olsa da, paytaxtda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri hələ də yoxdur. «Kupça»sı olmayan mənzilin mülkiyyət hüququ isə vətəndaşa deyil, tikinti şirkətlərinə məxsusdur. Vətəndaşlar hüquqi baxımdan əmlaka deyil, sadəcə, tikinti şirkətləri ilə imzaladıqları müqaviləyə malikdirlər. Bütün bunlar isə vətəndaşların problemlərlə üzləşməsi ilə yanaşı, mənzil satışının vergidən kənarda qalmasına da səbəb olur.

Bax: Vergilərin online ödənişinin hansı metodları var?

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 milyon 503,6 min kvadrat­metr təşkil edib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19% çoxdur.

Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinə əsasən, mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib. Bu fakt onu göstərir ki, il ərzində satılmış mənzillərin təxminən 40 faizi vergiyə cəlb olunur, 60 faizi isə vergidən kənarda qalır.

«MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov hesab edir ki, həmin mənzillərin böyük əksəriyyəti Mənzil Tikinti Kooperativlərinin (MTK) balansında olanlardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyəti təsdiq edən çıxarış (şəhadətnamə) olmadan isə vətəndaşların müqavilə əsasında satdıqları mənzillər vergitutma obyekti hesab edilmir.

Bax: Staja görə əlavə məzuniyyətin verilməsi yalnız bir iş yeri ilə əlaqəlidir?

Tikinti şirkətləri mənzillərin sənədləşdirilməsində maraqlı deyillər

N.İbrahimovun sözlərinə görə, araşdırmalar göstərir ki, vətəndaşların öz mənzillərinə mülkiyyət hüququnu təsdiq edən sənədləri almasına əksər hallarda MTK-lar mane olur. Bunun başlıca səbəbi mənzil alğı-satqısında əsas subyekt kimi notariusların iştirakının təmin edilməməsi və birbaşa bu prosesdə MTK-ların rol oynamasıdır. Çünki mənzilin çıxarışı olmadıqda alğı-satqıya icazəni yalnız MTK-lar verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Reyestr Xidmətindən çıxarış olmadıqda isə həmin mülk xüsusi mülkiyyətdə olan əmlak sayılmır və onun alğı-satqısına sərəncamı əmlakın sahibi verir. Bu halda, yaşayış binalarının sahibi MTK hesab edilir: «Tikinti şirkətləri də bu vəziyyətdən istifadə edərək, alğı-satqı zamanı müqavilənin yenidən tərtib olunmasında və imzalanmasında əsas hüquqi tərəf kimi çıxış etdiyindən, mənzili satan vətəndaşdan özlərinin müəyyənləşdirdiyi məbləğdə pul almadan müqaviləyə qol çəkmirlər. Beləliklə, həmin prosesdə qazanan tikinti şirkətlərinin rəhbərləri olur, dövlət büdcəsi isə böyük məbləğdə vergilərdən məhrum olur».

Bax: İşsizlər və qeyri-rəsmi işçiləri necə xilas etməli?

MTK-ların məqsədli şəkildə binanın istismara təhvil verilməsini ləngitməsi də qanunvericiliyə ziddir. Mənzil Məcəlləsinə əsasən, binanın inşası başa çatdıqdan sonra istismara qəbul aktı alınmalı və altı ay müddətində mənzil sahiblərinin müştərək cəmiyyəti yaradılmalıdır. Binanın idarəçiliyi həmin MMC-lərə təhvil verilməli, mülkiyyət hüququna dair sənədlərin təqdim olunması və s. işlər öz həllini tapmalıdır. Amma tikinti şirkətləri MMC-lərin yaradılmasında maraqlı deyillər, onlar binanı yarı-yarımçıq tikib satır, insanlar evlərinə köçdükdən sonra kommunal xərclər adı ilə pul toplayırlar və həmin vəsaitlərin bir hissəsini binanın saxlanması və təmir-tikinti işlərinə sərf edirlər. Halbuki təmir-bərpa, infrastrukturun yaradılması kimi məsələlər MTK-nın öz vəsaitləri hesabına həll olunmalıdır. Mütəxəssisin fikrincə, MTK-lar mənzil qanunvericiliyini pozduqlarına görə onlara qarşı münasibət sərtləşdirilməlidir: tikinti kooperativlərinə 6 ay müddət verilməli, bu müddətdə bina dövlət qəbul komissiyasına təhvil verilmədikdə isə ciddi tədbirlər görülməlidir.

Hər kəs qanun qarşısında məsuliyyət daşıyır

Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən, çoxmənzilli binaların idarə olunması həmin binanın sakinlərindən ibarət yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC)  tərəfindən həyata keçirilməlidir. Bu sahəyə nəzarət İqtisadiyyat Nazirliyinə həvalə olunub. Nazirlikdən bildirilib ki, indiyədək Binəqədi, Yasamal və Nəsimi rayonlarında 40-a yaxın MMMC yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, Abşeron rayonu üzrə isə iki MMMC qeydiyyatdan keçib. Digər şəhər və rayonlarda isə bu cür qurumların yaradılmasına maraq göstərilmir.

Bax: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?
Dövlət başçısının bu ilin oktyabr ayında imzaladığı sərəncamda müvafiq qurumlara mənzil xidmətlərinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarında məskunlaşmış vətəndaşların birliklərinin yaradılması tapşırığı verilib. Sənəddə qeyd edilir ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, yaşayış binalarının birgə istifadəçiləri ümumi daşınmaz əmlak üzrə müəyyən hüquqlara malikdirlər və ondan istifadə üzrə funksiyaları yerinə yetirirlər. Həmin birliklərdə təmsil olunan mənzil sahibləri yaşayış binasının saxlanması, idarəedilməsi və digər işlərin görülməsində əsas rola malikdirlər. Bu, mənzil kooperativlərinin funksiyalarının azaldılması və mənzil sahiblərinin birbaşa özlərinin idarəçilikdə təmsil olunması deməkdir…

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

3000 manat məvaciblə Maliyyə direktoru tələb olunur

Vakansiya: Maliyyə direktoru

Vəzifə öhdəlikləri:

• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
• İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
• Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
• Büdcə icrasının monitorinqi və təhlil edilməsi
• Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
• İllik biznes planlaşdırılmasında iştirak etmək
• Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi
• Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək
• Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
• Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
• Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək

Bax: Nurgun Group MMC “Maliyyə meneceri” axtarır

Tələblər:

• Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
• 1C Proqramını, Microsoft Office proqramlarını əla səviyyədə bilmək
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Bax: 1C üzrə operator tələb olunur

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı – 3000 AZN-dən başlayaraq

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə direktoru” qeyd edərək CV formasını  / elektron ünvanına göndərmək xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.