205 saylı “Mallar” hesabı üzrə uçot
Biznesin uğurla idarə edilməsi üçün hər an anbarda nə qədər və hansı mal olduğunu, nəyi, nə qədər və hansı qiymətə almaq lazım gəldiyini, kimə nə qədər satıldığını, satışdan daxil olan pulun miqdarını və ümumiyyətlə, malların alışı və satışı üzrə bütün əməliyyatlar haqqında məlumatları bilmək vacibdir. Mühasibat uçotu subyektlərində bütün bu əməliyyatları 204 saylı “Mallar” hesabı üzrə aparılır. Bu hesab aktiv hesablar planının “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsinə aiddir. 20-ci yaxud “Ehtiyatlar” maddəsi mühasibat uçotu subyektlərində mövcud material ehtiyatları, mallar, hazır məhsullar və ehtiyat kimi təsnifləşdirilə bilən digər aktivlər üzrə uçot hesablarını özündə birləşdirir. AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 22.1 bəndinə əsasən “Ehtiyatlar” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:
Uçotun beynəlxalq standartlara uyğun tənzimlənməsi zamanı “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) əsasında aparılır.
Buraya keçid etməklə malların alışı zamanı 205 saylı “Mallar” hesabı müxabirləşmə nümunələri ilə tanış olmaq olar.
Aşağıda malların alışı ilə bağlı digər mühasibat yazılışlarına nümunələr verilib.
Malların satışı həyata keçirildikdə qısamüddətli debitor borcları
Nümunə 2: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 84 000 manatlıq malları 96 000 manata satmışdır. Malların ödənişi qəbul edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 84 000.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 96 000.00 |
3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 17 280.00 |
4 | Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 96 000.00 |
5 | Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 17 280.00 |
6 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 17 280.00 |
7 | Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə | 601 – Satış | 801 – Ümumi mənfəət (zərər) | 96 000.00 |
8 | Maya dəyəri xərci ümumi mənfəətə silindikdə | 801 – Ümumi mənfəət (zərər) | 701 – Satışın maya dəyəri üzrə xərclər | 84 000.00 |
Satılmış mallar geri qaytarıldıqda
Nümunə 2: “A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət mart ayında cəmi maya dəyəri 9800 olan 10 ədəd printeri 12 800 manata satmışdır. Qarşı tərəf malların ödənişini növbəti aylarda həyata keçirəcəyi barədə məlumat vermişdir. İyun ayında printerlərdən 3-nün nasaz vəziyyətdə olduğu aşkarlanmışdır. Buna görə 3 ədəd printer geri qaytarılmışdır.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 9800.00 |
2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 12800.00 |
3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 2304.00 |
Qaytarılan malların uçota alınması:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Qaytarılan mallar yenidən anbara mədaxil edildikdə | 205 – Mallar | 701 – Satışın maya dəyəri üzrə xərclər | 2940.00 |
2 | Qaytarılan mallar üzrə debitor borclar silindikdə | 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 3840.00 |
3 | ƏDV nəzərə alındıqda | 545 – Digər qısamüddətli öhdəliklər | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 691.20 |
Mallar əskik gəldikdə
Nümunə 5: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus, anbardakı 600 manat dəyərində olan malların əskik gəlməsi halı aşkarlanıb. Auditor əskik gəlmənin səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, həmin mallar işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulur. “A” MMC üçün bu əməliyyat malların təqdim edilməsi kimi hesab edilmişdir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 205 – Mallar | 1200.00 |
2 | Məhsullar müəssisə işçisinin hesabına aid edildikdə | 217 – Digər qısamüddətli debitor borcları | 611 – Sair əməliyyat gəlirləri | 1200.00 |
3 | ƏDV hesablandıqda | 217 – Digər qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 216.00 |
4 | Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə | 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar | 217 – Digər qısamüddətli debitor borcları | 1416.00 |
5 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 216.00 |
6 | Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 216.00 |
2-ci halda mebellərin əskik gəlməsinin səbəbləri, bundan təqsirkar hesab edilən şəxslər məlum olmur. Eyni misal üzərindən təsəvvür edək ki, təqsirkar şəxs məlum deyil, onun təyin edilməsi mümkün deyil.
Alış tarixində ƏDV əvəzləşdirilməmişdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 205 – Mallar | 1200.00 |
2 | Əskik gələn məhsulların ƏDV-si silindikdə | 731 – Sair əməliyyat xərcləri | 241 – Əvəzləşdirilən ƏDV | 216.00 |
Alış tarixində ƏDV əvəzləşdirilmişdir:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Əskik gələn məhsullar silindikdə | 731 – Sair əməliyyat xərcləri | 205 – Mallar | 1200.00 |
2 | Əskik gələn məhsulların əvəzləşdirilmiş ƏDV-si qədər büdcə qarşısında öhdəlik yarandıqda | 731 – Sair əməliyyat xərcləri | 521 – Vergi öhdəlikləri | 216.00 |