3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur

Maliyyə MüdiriVəzifə: Maliyyə Müdiri

İşəgötürən: Təmir Tikinti Təchizat

Bax: Luxury Life Group Mühasib axtarır

İş barədə məlumat
– Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
– Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək – Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək
– Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
– İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
– Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
– Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi
– Büdcə icrasının monitorinqi və təhlil edilməsi
– Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
– İllik biznes planlaşdırılmasında iştirak etmək
– Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 10:00-dan 19:00-dək

Bax: Azersun Holding’də vakansiya

Namizədə tələblər
– Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
– Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
– 1C 8.3 Proqramını, Microsoft Office proqramlarını əla səviyyədə bilmək
– Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyətiYuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə direktoru” qeyd edərək CV formasını e-mail adresinə göndərin.
Mənbə: boss.az

Həmçinin bax: Maliyyə üzrə Ödənişlə təcrübəçi tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.        

 

“Tax free” ödənişləri online aparılacaq

posted in: Vergi, Xəbər | 0

Tax freeAzərbaycan bankları və ödəniş şirkətləri «TaxFree4U» və «EU4digital» platformasına inteqrasiya olunacaqlar.

Avropa İttifaqının rəqəmsal xidmətlər və informasiyaların genişləndirilməsi layihəsinin meneceri, «EU4digital» platformasının eksperti Valeri Virkovski qeyd edib ki, «Tax-free» sisteminin onlayn mobil versiyasının tətbiqinin genişləndirilməsi üçün müxtəlif ölkələrdə iş aparılmaqdadır. Həmin layihələrin ən mühüm komponentlərindən biri Avropa ölkələrində alış-veriş zamanı ödənilmiş ƏDV-nin qaytarılmasının ən sadə yolu «EU4digital» platformasıdır.

Bildirilib ki, hazırda «Tax free» sistemində daha çox standart mexanizm tətbiq olunur. Başqa sözlə, xarici ölkə vətəndaşlarının aldıqları mala görə geri qaytarılan ƏDV hava limanlarındakı və digər yerlərdəki «Tax free» məntəqələrindən alınır. Bundan əlavə, standart xidmətlərlə yalnız partnyor mağazalar şəbəkələrində edilən alış-verişlərə görə ödənilmiş ƏDV məbləğlərini geri almaq mümkündür. «TaxFree4U» adlanan onlayn ödəniş sistemi isə bütün mağazalardan alınmış mallara görə «Tax-free»nin qaytarılmasını təmin edir:  vətəndaş öz ölkəsinə geri qayıtdıqdan sonra ƏDV məbləği nağdsız qaydada mobil bankçılıq yolu ilə ona qaytarılır. Həmin şəxs ƏDV-ni öz ölkəsində bank hesabına köçürülmə, yaxud mobil operator vasitəsilə onlayn ödənilmə yolu ilə əldə edir.

«TaxFree4U» və «EU4digital» platformalarının əsas üstünlüyü rahatlığın təmin edilməsi və vaxt itkisinə yol verilməməsidir. Müştərilər alış-veriş zamanı mağaza tərəfindən təqdim olunmuş «Tax free» bəyannamə formasını gözləmədən qəbzlərini götürüb öz ölkəsinə dönür, smartfon cihazlarına «Tax free» mobil əlavəsini «AppStore» və «GooglePlay»dan yükləyir və qəbzin şəklini çəkib müvafiq ünvana göndərir. «TaxFree4U» xidməti inteqrasiya olunduğu bank və ödəniş qurumları vasitəsilə həmin məbləği müştərinin hesabına köçürür və ƏDV 48 saat ərzində müştərinin kartına daxil olur.

Bu mexanizm rəqəmsal ödənişlər layihəsinin ən innovativ mobil versiyası hesab olunur. Almaniya, İngiltərə, İspaniya, İtaliya, Finlandiyada bu mobil ödəniş sistemi geniş yayılıb.

Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, ölkədəki bankların ƏDV-nin qaytarılmasını təmin edən xidmətlərə inteqrasiyası üçün müvafiq işlər aparılır. Bəzi banklar həmin sistemə inteqrasiya olunub, ancaq bank və mobil operatorların xarici ödəniş platformaları ilə bu istiqamətdə əməkdaşlığı davam etdirilir və Azərbaycanın bank, mobil  və onlayn ödəniş operatorları «TaxFree4U» xidmətinə və «EU4digital» platformasına tam inteqrasiya olunacaq.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsinə xitam verilən işçinin təminatları nədir?

işçinin təminatları1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək  müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə:

  • orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
  • işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Bax: Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər

4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

5. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan orta əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən işçiyə verilən müvafiq
arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hala şamil olunmur.

6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin üçüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər.

Bax: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödəyir.

8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.

9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Mənbə: economy.gov.az

Bax: Əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunun təşəkkülü və inkişafı (13-cü hissə)

Mühasibat uçotunun təşəkkülü13-cü hissə

(Məqalənin 12-ci hissəsinə buradan baxa bilərsiniz)

Müxtəlif ölkələrdə uçot sistemi və hesabatlılıq sisteminin formalaşmasına təsir göstərən amilləri öyrənən alimlər belə nəticəyə gəliblər ki, hazırda mühasibat uçotu və hesabat sisteminin formalaşdırılması üçün oxşar sosial-iqtisadi şərtləri olan ölkələr qrupları var. Buna görə, dünyada uçotun müəyyən təşkilati modelləri var.

Britaniya-amerikan və ya anqlosakson modeli.

Bu modelin başlıca ideyaları Böyük Britaniya və ABŞ-da hazırlanıb.

Onun mahiyyəti investorların və kreditorların informasiya sorğularının mühasibat uçotuna istiqamətləndirilməsidir. Bu onunla bağlı idi ki, Birləşmiş Ştatlar və Böyük Britaniyadakı sənaye inqilabları bazarda şirkətlərin sayının artmasına gətirib çıxardı. Şirkət sahibləri (sərmayəçilər) böyük sayda təşkilatların operativ idarə olunmasının öhdəsindən gələ bilmirdilər. Bu səbəbdən onlar həmin şirkətlərin idarə olunmasını peşəkar idarəçilərə həvalə etdilər. Bu vəziyyətdə, maliyyə uçotu məlumatları şirkətin mövqeyinə dair əhəmiyyətli bir məlumat mənbəyinə çevrilirdi, çünki səhmdarlar kapitalın səmərəli istifadə olunmasına nəzarətlə bağlı daim maliyyə hesabatları tələb edirdilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Britaniya-amerikan modeli əksər ölkələrdə ilkin qiymətlər uçotu sistemindən (historical cost principle) istifadəni təklif edir. Eyni zamanda, inflyasiyanın təsiri əhəmiyyətsiz hesab olunur və buna görə də iqtisadi əməliyyatlar, onların icrası zamanı yaranan qiymətlərlə uçotda əks olunur.

Bu model üçün xarakterik olanlar: sabit siyasi sistem, iqtisadiyyatın inkişafı, ictimai peşəkar təşkilatlar tərəfindən qaydaların (standartların) qəbul edilməsi, uçot bazarlarının yüksək peşəkar səviyyədə olması, istifadəçilər, peşəkar kadrların sertifikatlaşdırılması, maliyyə hesabatlılığının investorların və kreditorların ehtiyaclarının ödənilməsinə yönəldilməsi. Birləşmiş Ştatlarda Amerika diplomlu ictimai mühasiblər assosiasiyası nəzdində maliyyə uçotu standartları üzrə Şura mövcud idi. Həmin Şura maliyyə uçotu konsepsiyaları (Statements on Financial Concepts, SFAC)və GAAP standartlarını (Generaly Accepted Accounting Principles   – ümum mühasibat uçotu prinsipləri) hazırladı.

Britaniya-Amerika uçot konsepsiyası sonradan İngiltərənin demək olar ki, bütün müstəmləkələrində, Birləşmiş Krallıq və ABŞ-ın yaxın ticarət tərəfdaşları arasında yayıldı. Hazırda bundan istifadə edən ölkələr bunlardır: Avstraliya, Baham, Barbados, Benin, Bermud, Botsvana, Venesuela, Qana, Honkonq, Dominikan respublikası, Zambiya, Zimbabve, İsrail, Hindistan, İndoneziya, İrlandiya, Kayman adaları, Kanada, Keniya, Kipr, Kolumbiya, Liberiya, Malavi, Malayziya, Meksika, Nigeriya, Yeni Zelandiya, Pakistan, Panama, Papua-Yeni Qvineya, Puerto-Riko, Sinqapur, Tanzaniya, Trinidad və Tobaqo, Uqanda, Fici, Filippin, Mərkəzi Amerika ölkələri, CAR və Yamayka.

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.