Rotasiya ilə işləyənlər üçün vergitutma necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

rotasiya Sual: Xaricdə rotasiya ilə işləyən (28 gün xaricdə işləyir və 28 gün Azərbaycanda evdə dincəlir) biri üçün vergi qaydalarını yazardınız zəhmət olmasa. Bildiyim qədər, əgər il ərzində 184 gün və daha çox Azərbaycandan kənarda olduqda vergi tutulmur, amma bundan az olduqda vergi tutulur. Bir də tutulan vergi aprelin 1-dən hesablanır?

Cavab: Bildiririk ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycanda və Azərbaycandan kənarda əldə etdiyi gəlirdən ibarətdir. Təqvim ilində başa çatan hər hansı ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan şəxslər rezident hesab edilirlər.

Həmçinin bax: Şirkətimizə edilən maliyyə yardımları vergitutma obyektidir?

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlara əsasən Azərbaycan Respublikasının rezidenti sayılır:

– daimi yaşayış yeri;
– həyati mənafelərinin mərkəzi;
– adətən yaşadığı yer;
– Azərbaycan Respublikasının vətəndaşlığı.

Qeyd olunan şərtlərə uyğun olaraq Azərbaycan Respublikasının rezidenti hesab olunan və Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxs vergi orqanına müraciət edərək gəlir vergisinin (fəaliyyət növünün kodu – 97002) ödəyicisi kimi vergi uçotuna alınmalı, təqvim ili ərzində əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101.2-ci maddəsində göstərilən dərəcələrlə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir veregisinin bəyannaməsi” ilə bəyan etməli və ödəməlidir.

Həmçinin bax: Hüquqi şəxsin mənfəət vergisinin ödəyiciləri və vergitutma obyekti

Onu da qeyd edək ki, rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləği Azərbaycanda vergi öhdəliklərinin müəyyən olunması zamanı Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq nəzərə alınır.

Fiziki şəxs yuxarıda qeyd olunan meyarlara əsasən digər dövlətin rezidenti hesab olunduqda isə həmin şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar əldə edilən gəlirdən Azərbaycan Respublikasında vergi ödənilmir.

Qeyd olunanlarla bağlı daha ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.5.1-ci33-cü34-cü97-ci və 127-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı hallarda cəzalana bilərik? (Sanksiyalar və həlləri)

posted in: Xəbər | 0

SanksiyalarCəmiyyətdaxili münasibətlərdə sərhədlər mövcud olduğu üçün bu sərhədləri pozmağa görə də daima cəzalar nəzərdə tutulmuşdur. Bu yazıda sırf hansı hərəkət və ya hərəkətsizliyə görə nəzərdə tutulmuş cəzaların olması barədə məlumat vermək istədik. Həmçinin yazı çərçivəsində cəzaların həlli yollarını da izah etməyə çalışacağıq.

Bax: Cərimə və sanksiyalar gəlirdən çıxıla bilər?

1) Aqressiv və stress dolu bir mühitdə yaşadığımız üçün bəzən istəmədən də olsa, əsəbimizə sahib ola bilmirik. Bəzi insanlarda bu aqressiya qarşısındakını vurma ilə nəticələnə bilir ki, bunu heç bir halda məsləhət görmürük.

Bu kimi hallarla bağlı nəzərdə tutulmuş cəzalar aşağıdakı kimidir:

a) Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs 300-500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Əgər döymə daha ağır nəticələrə səbəb olarsa, yəni

b) Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma 3-8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

c) Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və b)-də nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

d) Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 1000-1500 manatadək miqdarda cərimə və ya 240-360 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

e) Hətta ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma da 1200-2400 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllərdən a)-da göstərilən əməlin törədildiyi təqdirdə, zərərçəkmiş barışıq baş tutduqda iş üzrə icraata xitam verilir. Bu əməllərdən c), d) və e)-də göstərilən əməllər törədildiyi halda isə əməli törədən şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Bax: İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

2) Daha bir əməl isə “xeyirsiz övlad” deyilən hallarla bağlıdır.

Belə ki, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə xəbərdarlıq edilir və ya 60-100 manatadək məbləğdə cərimə edilir. Bu əməl 18 yaşına çatmış şəxslər barəsində tətbiq edilir və rayon-şəhər məhkəmələri tərəfindən müəyyən edilən cərimə ilə nəticələnə bilir. Bu cərimələrin mütəmadi olaraq tətbiq edilməməsi üçün məqsədəuyğundur ki, əmək qabiliyyəti olmayan valideynlərə daimi diqqət və qayğı göstərilsin.

3) Bir başqa qadağan olunan əməl isə məcburi nikahlarla bağlıdır.

Qadını nikaha daxil olmağa məcbur etmə 2000-3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə isə 3000-4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu cəzalardan xilas olmaq üçün isə qadınların da kişilərlə bərabər hüquqlu olduğunu unutmamaq və həm 18 yaşına çatmayan, həm də 18 yaşına çatsa da, nikaha daxil olmaq istəməyən xanımları nikaha məcbur etməmək məqsədəuyğundur.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Mühasib tələb olunur

posted in: muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: IDC 2000 LLC

Namizədə olan tələblər:

1. İqtisadiyyat sahəsində ali təhsil ;
2. 3 il müvafiq sahədə iş təcrübəsi ;
3. Kompyuter programlarında işləmə bacarığı ;
4. Yaş həddi 25-40 ;
5. Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə dair biliklərə malik olması;

Həmçinin bax: 700 manat məvaciblə Mühasib axtarılır

Vəzifə öhdəlikləri:

1.Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək ;
2.Mal-material qiymətlərinin və əsas vəsaitlərin inventarizasiya işlərini aparmaq
3.AR Vergi Məcəlləsinə uyğun vergi uçotunun aparılması və hesabatlığı ;
4.Mühasibat işinin təşkil olunması, sənədlərinin düzgün tərtib edilməsi və s.

E-mail:  

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Google-da işlə bağlı qeyri-adi faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

  • Google-də çalışan hər bir əməkdaş öz vaxtının 20%-ni özünə maraqlı gələn layihələrə həsr edə bilər. Hətta bu onun profilinə uyğun gəlməsə belə. Hətta bu layihə mütləq şəkildə ağılsız bir avantüra hesab olunsa belə.
  • Google şəhərciyinin ərazisində bütün əməkdaşlar üçün pulsuz olan 20 restoran yerləşir. Həmin restoranlarda müxtəlif mətbəxlər təqdim olunur: italyan, meksika, ərəb, vegetarian mətbəxləri, eləcə də McDonald’s tipli mətbəxlər və s. Əməkdaşların böyük əksəriyyəti gün ərzində 3 dəfə yemək yeyirlər.
  • San-Fransisko və Palo-Alto-da yaşayan əməkdaşlar üçün müntəzəm olaraq “Şattl” tipli xüsusi avtobuslar işləyir. Avtobuslar işçiləri evlərindən ofisə qədər çatdırırlar. Yeri gəlmişkən, evdə və ya ofisdə işləməklə bağlı seçim etmək də əməkdaşların özündən asılıdır.
  • Google şəhərciyində xüsusi olaraq çalışan əməkdaşların uşaqlarından ötrü uşaq bağçaları da fəaliyyət göstərir.   

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.   

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.